Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “The Bankers Club” yaradılıb.

 

Universitetdən bildirilib ki, klub tələbələr üçün seminarlar, panel diskussiyaları, müxtəlif təlimlər və layihələrdə iştirak etmək üçün dinamik platforma rolunu oynayacaq, eləcə də onların gələcək karyeraları üçün vacib bilik və bacarıqlar əldə etmələrinə dəstək olacaq. Eyni zamanda tələbələri bank və maliyyə sektorundakı resurslarla bağlı məlumatlarla da təmin edəcək.

 

“The Bankers Club”un açılışı 30 mart, saat 11:00-da UNEC-in əsas tədris binasının böyük akt zalında baş tutacaq.