Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin XI sinif şagirdi, “Sabahın alimləri” XII Respublika müsabiqəsində fizika, astronomiya bölməsi üzrə I yerin qalibi Misir Hüseynli Amerika Birləşmiş Ştatlarının Vaşinqton Dövlət Universitetinə qəbul olub. M.Hüseynli bu mötəbər təhsil ocağında Astrofizika ixtisası üzrə təhsil alacaq.

 

Bu barədə BDU-dan bildirilib.