QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb.

 

Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

 

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

 

Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

 

Bu barədə ADU-dan bildirilib.