Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin və Konfutsi İnstitutunun təşkilatçılığı ilə Ənənəvi Çin Çay mərasimi keçirilib və Kalliqrafiya sənəti nümayiş etdirilib.

 

Universitetdən bildirilib ki, iştirakçılara Konfutsi İnstitutunun hədiyyələri verilib, çay və şirniyyatlar təqdim olunub.

 

Tədbir zamanı həm də Çin dili və Kalliqrafiya kurslarına yazılmaq istəyən tələbələrin qeydiyyatı aparılıb.

 

Qeyd edək ki, yaxın günlərdə AzMİU-da Çin dili və Kalliqrafiya kurslarına start veriləcək.