Yanvarın 23-də elm və təhsil naziri Emin Əmrullayev Moldova Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.


Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.