Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə keçirilən direktor və direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanının nəticələri elan edilib.


Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib. 


Qeyd edək ki, müsahibə mərhələsinin 5-20 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulub.


Bu mərhələdə namizədləri peşə üzrə nəzəri biliklər, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.