Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa Komissiyasının Erasmus+ proqramının iki müxtəlif çağırışı üzrə koordinator olaraq - Erasmus+ KA2 (Capacity building in higher education) və Jean Monnet modul proqramının qalibi olub.

 

Universitetdən bildirilib ki, UNEC-in qalib olduğu “REFRESH” layihəsi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirməni hədəfləyir. Layihədə Avropa və Azərbaycan universitetləri də olmaqla, 15 tərəfdaş iştirak edir.

 

UNEC, eyni zamanda “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı Erasmus+ Jean Monnet modulunun da qalibi olub. Layihənin məqsədi Avropa təcrübəsi əsasında rəqəmsal sahibkarlıq fənninin tədrisini təkmilləşdirməkdir.