Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Azerbaijan Energy Engineering and Consulting" MMC və Türkiyənin EPRA (EPRA Engineering, Procurement Recearch an Analysys) şirkəti arasında üçtərəfli Anlaşma memorandumu imzalanıb.

 

Memoranduma əsasən, tərəflər elektroenergetika sektorunda mövcud problemlərin həllinə və enerji sisteminin ehtiyaclarının ödənilməsinə yönəlmiş tədris proqramlarının hazırlanması, tədqiqat, məsləhət və texniki xidmətlərin göstərilməsi ilə bağlı universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

 

Bu barədə AzTU-dan bildirilib.