Mingəçevir Dövlət Universitetində (MDU) yaz semestrinin  imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb.

 

Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edən rektor yaz imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

 

Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib. Səmimi ortamda keçən görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.