Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Müsabiqə-festivalda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 6 tələbəsi müxtəlif nominasiyalarda yer tutub. Belə ki, müsabiqədə vokal ifası nominasiyasında riyaziyyat fakültəsinin II kurs tələbəsi Dilarə Abdullayeva I yer, aşıq musiqisi nominasiyasında SABAH qruplarının III kurs tələbəsi Nəzrin Məlikova I yer, şeir nominasiyasında filologiya fakültəsinin I kurs tələbəsi Aytac Muradlı III yer, muğam ifası nominasiyasında filologiya fakültəsinin II kurs tələbəsi Ülkər Paşayeva III yer, musiqi alətində ifa nominasiyasında incəsənət və fiziki tərbiyə fakültəsinin I kurs tələbəsi Arif Səmədzadə III yer, habelə, ADPU-nun xor kollektivi III yeri tutub.

 

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.