Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələlər üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Beynəlxalq layihələr və qrantlar şöbəsinin və Təlim-tədris Mərkəzinin təşəbbüsü ilə müəllimlər üçün nəzərdə tutulan “Layihələrin maliyyələşmə imkanı (Yerli donorlar, Beynəlxalq donorlar, Avropa Birliyinin proqramları- ERASMUS+ HORİZON)” adlı onlayn seminar təşkil olunub.

 

Seminarda şöbənin müdiri Mehparə Əhmədova, əməkdaşlardan Gülnar Dəmirova,  Müjgan Əliyeva təlimçi qismində çıxış ediblər.