Dekabrın 29-da təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.


Görüşdə təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir təhsil sahəsində maarifləndirmə işlərini genişləndirmək baxımından İctimai Şuranın xüsusi roluna toxunub.


Çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Şura üzvlərini təbrik edən təhsil naziri onlara fəaliyyətlərində uğurlar arzulayıb. 


Görüş çərçivəsində 2021-ci ilin təhsil yekunları müzakirə edilib və qarşıdan gələn 2022-ci ilə dair təhsil hədəflərindən də danışılıb.