Dekabrın 29-da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.


Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. 


Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların  sağlam olmalarının əhəmiyyətini vurğulayan Firudin Qurbanov idmançıları əldə etdikləri nailiyyətlər və qarşıdan gələn yeni il münasibətilə təbrik edib, onların uğurlarının davamlı olacağına əminliyini bildirib.


Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.


Sonda xatirə fotosu çəkdirilib.