Dekabrın 17-də təhsil nazirinin müavini Firudin Qurbanov İstanbul Kent Universitetinin rektoru Necmeddin Atsü ilə görüşüb. 


Görüşdə nazir müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.


İstanbul Kent Universitetinin rektoru Necmeddin Atsü öz növbəsində rəhbəri olduğu universitet haqqında geniş məlumat verib. 


Görüşdə 44 günlük Vətən müharibəsi şəhidlərinin övladlarının gələcək inkişafı üçün təhsil sahəsində müvafiq dəstəyin göstərilməsinə dair  fikir mübadiləsi aparılıb.

 

Həmçinin Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminlik ifadə olunub.