Azərbaycan Texnologiya Universiteti (UTECA) Polşa, İspaniya və Rumıniyanın bir neçə universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Universitetdən bildirilib ki, əməkdaşlıq çərçivəsində UTECA-nın müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.



Müəllimlər müvafiq sahə üzrə pedaqoji staj və ingilis dilində sərbəst ünsiyyət bacarığı meyarları əsasında seçiləcək.



Müsahibədə iştirak etmək istəyən müəllimlərin qeydiyyatı  10 dekabr 2021-ci il tarixinədək aparılacaq.