Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU THİK-in Quba filialının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn görüş keçirilib.

 

Görüşdə şəhid Miqdad Abdüləlimovun anası Tünzalə xanım, şəhid Tamerlan Əliyevin anası Zümrüd xanım, şəhid Səttar Piriyevin anası Ofeliya xanım, şəhid Rəvan Əliyevin anası Mehriban xanım iştirak ediblər. Onlar övladlarının döyüş xatirələrini bölüşüb, şəhidlik zirvəsinə necə ucaldıqlarından bəhs ediblər. Müharibənin canlı şahidlərindən olan ADPU-nun Quba filialının tələbəsi Elvin Seyfəddinov da öz döyüş təəssüratlarını bölüşüb. 

 

Tədbirdə çıxış  edən ADPU THİK Quba filialının sədri Aygün Şıxbabayeva şanlı zəfər tariximizdən söz açıb.

 

Onlayn görüşdə ADPU-nun rəhbərliyi, Quba filialının müəllim və tələbə heyəti də iştirak edib.