Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olan Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia Şamaxıda səfərdə olublar. Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru  Tamam Cəfərova, həmçinin universitetin əməkdaşları iştirak ediblər.

 

Qonaqlar əvvəlcə Şamaxı şəhər icra hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb, sonra  Şamaxının qədim Dəmirçi kəndində olublar. Nümayəndə heyəti Vətən müharibəsi şəhidi Yusif Əliyevin ailəsini də ziyarət edib.

 

Səfər proqramı qonaqların Şamaxının qədim Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb.