Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) erməni işğalçılarının vəhşiliyinə məruz qalan ərazilərdə yaşayan insanların su təminatlarının yaxşılaşdırılması üçün Su və Yaşam proqramı çərçivəsində müxtəlif layihələr həyata keçirir.

 

Füzuli Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə,  sudan səmərəli istifadənin təbliğ edilməsi məqsədilə Füzuli, Ağdam, Tərtər və Qazax rayonlarının məktəbliləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqədə rayon üzrə 5 ən yaxşı ideyanın müəllifləri BQXK tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Rayon üzrə E.Piriyev adına Böyük Bəhmənli 1 nömrəli kənd tam orta məktəbin X sinif  şagirdi  Əminə Orucova I, 30 nömrəli tam orta məktəbin X sinif  şagirdi Tumas İbrahimov II, E.Piriyev adına Böyük Bəhmənli 1 nömrəli kənd tam orta məktəbin X sinif  şagirdi Füruzə Allahverdiyeva III, Mollaməhərrəmli kənd tam orta məktəbin V sinif şagirdi  Mədinə İbrahimli  IV və B.Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbin X sinif şagirdi Nəzrin Ağalarova isə V yerlərin qalibləri olublar.

 

Şakir CƏFƏROV