Naxçıvan Müəllimlər İnstitutunda birinci kurs tələbələri ilə görüş keçirilib.  Ali məktəbin rektoru Azad Novruzov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

 

A.Novruzov ali təhsil ocağında kadr hazırlığı aparılan ixtisaslar üzrə maddi-texniki bazanın vəziyyəti və mövcud şəraitə toxunaraq tələbələri bu imkanlardan maksimum yararlanmağa çağırıb. Rektor vurğulayıb ki, institutun cari il üçün qəbul planı magistratura səviyyəsində 90%, bakalavr səviyyəsində isə 80% olub. İxtisaslar üzrə qəbul ballarının əvvəlki illərdə müqayisəli təhlili müəllimlik ixtisaslarında yüksək bal toplamış abituriyentlərin üstünlük təşkil etdiyini göstərir.

 

Sonra tələbələrin valideynləri çıxış edib, bildiriblər ki, buradakı təhsil mühitinin  övladlarının hərtərəfli inkişafını təmin edəcəyinə əmindirlər.  

 

Sonda rektorun təqdimatında müxtəlif ixtisaslar üzrə yüksək bal toplamış tələbələrə tələbə biletləri təqdim olunub, onların institutla tanışlığı təşkil edilib.